Uşaqlıq illəri, məktəb və tələbəlik dövrü zaman keçdikcə unudulmur, əksinə daha tez-tez xatırlanır. O illərin özünəməxsus cazibəsinə düşmək, sinif yoldaşları ilə görüşüb 10 il parta arxasında keçən günləri yenidən yaşamaq çox munis hislərdir. Salyan şəhər 6 saylı tam orta məktəbi 1973-cü ildə bitirmiş məzunları yenidən məktəbə, parta arxasına gətirən də bu duyğular oldu. May ayının son günlərinin birində 11-b sinfinin 20 nəfərə yaxın məzunun üzlərində yenə də o uşaq sevincini, yeniyetmə fərəhini duymaq olardı.
Məktəbin yaşıllıqlara bürünmüş həyətinə toplaşan 50 yaşlı məzunlar təhsil ocağının şəhid məzunları və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş güşəyə baxmış, məktəbin həyatındakı yeniliklərlə tanış olmuşlar.
Məktəbin direktoru Vüsalə Hüseynova məzunları salamlamış və bu görüşün məktəbin həyatında yadda qalan hadisə olacağını bildirmiş, yaşları 65-dən keçmiş bu "şagird"lərə can sağlığı arzulamışdır. Doğma sinif otaqlarının birində keçirilən tədbirdə şəhidlər, dünyasını dəyişmiş müəllimlər, məktəb yoldaşları bir dəqiqə sükutla yad edilmişdir.
Tədbirin təşkilatçı, məzun Rüstəm Məlikov, sinif nümayəndəsi İradə Cabbarova, məzun şagirdlərdən Sevda İbadova, Zərif Göycayeva, Adil Məhərrəmov, İbrahim Qurbanov, Qabil Hümmətov, Aydın Balakişiyev, Gülcahan Məhərrəmova, Əminə Qacayeva və başqaları məktəb illərinə aid unudulmayan xatirələrini danışmışlar
1973- cü ildə onbirincilərin sinif rəhbəri olmuş riyaziyyat müəllimi Baratəli Sadıqov telefon rabitəsi ilə tədbirə qoşularaq 50 yaşlı “uşaqlarla” öz sevincini bölüşmüşdür. Məzunlar sevimli müəllimlərinə can sağlığı və səhəttinə görə şəfa diləmişlər.
Tədbir rayonumuzun istirahət məkanlarının birində nahar süfrəsi arxasında, həzin müsiqi sədalarının müşayiəti ilə davam etmişdir.