Dünyada baş verəcək hadisələrin ən düzgün proqnozlarını verən Vanqa 2021-ci ildə Yerin orbitində cüzi dəyişikliklərin olacağını da bildirib.
Anakur.az xəbər verir ki, o, illər öncə 2020-ci ildə yeni epidemiyanın yayılacağını və bütün dünyanın bu xəstəlikdən əziyyət çəkəcəyini də bildirmişdi.
Əsl adı Vangeliya Pandeva olan Baba Vanqa 31 yanvar 1911-ci ildə hazırkı Makedoniyanın Strumitza kəndində anadan olub. 16 yaşında ildırım vurması nəticəsində görmə qabiliyyətini itirən Vanqanın dedikləri reallaşdıqda insanlar onun 2021-ci ilə dair verdiyi proqnozu araşdırmağa başlayıb.
Sizə Vanqanın 2021-ci il və sonrakı yaxın illər ərzində baş verəcək hadisələr barəsində verdiyi proqnozu təqdim edirik:
1) 2021-ci ildə Yerin orbitində cüzi bir dəyişiklik baş verəcək
2) 2028-ci ildə yeni bir enerji kəşf ediləcək. Dünyada aclıq azalacaq. Veneraya insanlı vasitə göndəriləcək.
3) 2033-cü ildə Arktika buzlaqları əriyəcək. Okeanlarda su səviyyələri yüksələcək
2043-cü ildə dünya iqtisadiyyatı bərpa olunacaq. Avropada müsəlmanlar üstünlük təşkil edəcək
Unikal.org