Dünyanın ən yaşlı insanı olan yaponiyalı qadın Kane Tanaka 118 yaşını qeyd edib.
Anakur.az TASS-a istinadən xəbər verir ki, Kane Tanaka 118 yaşını hazırda yaşadığı Qocalar evində keçirib. O, koronavirusun yayılması səbəbindən demək olar ki, qohumları ilə görüşmür. Onu yalnız Kane Tanaka Qocalar evinin işçiləri təbrik ediblər.
Guinness Rekordlar Kitabına görə, mütləq uzunömürlülük rekordu fransız qadın Jeanne Kalmana məxsusdur. 1997-ci ilin avqustunda öldüyü zaman onun yaşı 122 il 164 gün idi.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 15 sentyabr 2020-ci il tarixində ölkədə 100 yaşdan yuxarı insan sayının ilk dəfə 80 min nəfəri keçdiyini, eyni zamanda bunların 88%-nin qadınlar olduğunu (70 975 nəfər) olduğunu bildirib.