Prezident İlham Əliyevin müharibə zamanı BBC-yə verdiyi müsahibəyə “Twitter”də baxış sayı 3 milyonu keçib. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.
Maraqlıdır, İlham Əliyevin müsahibəsinin beynəlxalq səviyyədə bu qədər maraq kəsb etməsinin səbəbi nədir?
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a deyib ki, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə etdi:
“Cənab Prezidentin müsahibəsinin dünyada bu qədər maraqla qarşılanması təbiidir. 44 günlük Vətən müharibəsi dövründə İlham Əliyev dünyanın təqribən 30-a yaxın tanınmış kütləvi informasiya vasitəsinə müsahibə verib. Yaponiya, ABŞ, Türkiyə , Rusiya və digər ölkələrin mətbuat orqanları Azərbaycan Prezidentinin həqiqəti aşılayan açıqlama və müsahibələrini yayımladı. Əminəm ki, həmin müsahibələrə kifayət qədər insanlar baxıb.
Mən xatırlayıram ki, Prezidentin BBC-yə verdiyi müsahibə müharibənin axırlarına yaxın idi (2020-ci il noyabrın 6-da). Üçtərəfli bəyanat hələ imzalanmamışdı və Azərbaycan kifayət qədər uğur əldə etmişdi. Yadınızdadırsa, BBC müxbirinin verdiyi bəzi suallar jurnalist etikasından kənar idi. Ancaq həmin sualları Prezident kifayət qədər təmkinlə cavabladı. Mənə elə gəlir ki, həmin müsahibə 44 günlük müharibənin nəticələri ilə bağlı idi. Bizim torpaqlarımızın işğal olunması, Azərbaycanın bu işğalla barışmaması, erməni tərəfinin çabası və b. məsələlər bu müsahibədə əks olunmuşdu. Cənab Prezidentin birmənalı qaydada dolğun və bəzi sullara təmkinlə yanaşması da insanları təəccübə salmışdı.
Bir məsələyə də toxunmaq istəyirəm ki, müharibənin əsas şərtləri var. Müharibədə tək topun, tüfəngin gücü ilə deyil, həm də informasiya sahəsində əldə olunan nailiyyətlərlə də qələbə çalınır. Azərbaycan tərəfi müharibədən əvvəl də informasiya sahəsinə nəzarət edirdi. Müharibənin əsas məqsədi də doğruları dünya ictimaiyyətinə çatdırmaq idi. Azərbaycan döyüş meydanında uğur əldə etdiyi kimi, informasiya savaşında da düşməni üstələdi”.
Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Prezidentin keçən il noyabrın 6-da “BBC News”a müsahibəsi geosiyasi dəyişiklik zamanına düşdüyündən ciddi marağa səbəb olub:
“Əvvəlcə onu deyim ki, müsahibənin uğurlu olması müsahibə götürənin yox, müsahibə verənin cavablarından asılıdır.
Prezident İlham Əliyevin BBC-yə verdiyi müsahibə həm media mütəxəssislərinin, həm də siyasi ekspertlərin marağını cəlb etmişdi. Çünki müsahibə geosiyasi dəyişiklik dövründə baş tutmuşdu. Düzünü desək, bu müsahibə kontur suallar və bəzən də əsassız suallar üzərində qurulmuşdu. Ona görə də Prezidentin o cür ustalıqla verdiyi cavab hər kəsin diqqətini çəkib.
Bu, çox mühüm olan bir coğrafiyada geosiyasi reallığın dəyişməsi zamanı verilən müsahibədir. Bu reallığı dəyişən də Azərbaycan və Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevdir. Təbii ki, bu baxımdan da böyük maraq doğurmaya bilməzdi.
Əslində Prezidentin bu müsahibəsinə maraq az olsaydı, mənə daha təəccüblü gələrdi, nəinki 3 milyon baxış olanda. Digər tərəfdən isə Prezidentin verdiyi müsahibələr informasiya savaşındakı uğura ən böyük təkan verən hadisə oldu. Əminəm ki, gələcəkdə cənab Prezidentin verdiyi müsahibələr bundan da artıq baxış sayı toplayacaq”.
Fidan İlqarqızı
VIDEOMaraqlıdır, İlham Əliyevin müsahibəsinin beynəlxalq səviyyədə bu qədər maraq kəsb etməsinin səbəbi nədir?