ABŞ öz vətəndaşlarını Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb.
Anakur.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Səyahət Departamentinin rəsmi saytında (Department of State Travel) məlumat yerləşdirilib.
Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb.
“Terrorçular az hallarda və ya heç bir xəbərdarlıq etmədən hücum edə, turizm yerlərini, nəqliyyat mərkəzlərini, bazarları, ticarət mərkəzlərini, yerli idarəetmə obyektlərini, otelləri, klubları, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəni tədbirləri, təhsil müəssisələrini, hava limanlarını və digərlərini hədəf ala bilərlər”.
Xəbərdarlıqda Azərbaycanla yanaşı, Ermənistana da səfər etməməyə çağırış yer alıb.