Bunu Anakur.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev açıq havada maska taxılmasının vətəndaşlar tərəfindən narazılıq doğurmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ictimaiyyət açıq havada maska taxılmasını istəmirsə, daha çox vətəndaşımızı vaksinasiyaya cəlb etməlidir:
“Operativ Qərargah epidemoloji şəraiti nəzərə alaraq qaydaların nə zaman yumuşaldılıb, nə zaman sərtləşəcəyini elan edir.
Təəssüflər olsun ki, sosial şəbəkələrdə açıq havada maskadan istifadə qaydasının ləğv olunması üçün insanlar tərəfindən çağırışlar olunur. Amma insanlar anlamalıdır ki, karantin rejiminin yumuşaldılması epidemioloji vəziyyətdən asılıdır. Düşünmək lazımdır ki, hazırda qaydanın ləğv olunması qarşıdakı günlərdə yoluxmanın artmasına səbəb ola bilər. Hər şeyin qaydaya düşmısi üçün ən əsas səbəb vaskinasiya prosesinin sürətlənməsidir.
Əlbəttə, hər birimiz arzu edərik ki, yay mövsümünü insanlar daha rahat keçirsin, karatin şərtləri yumuşaldılsın. Amma bu, bizim arzularımızdan asılı bir məsələ deyil. Əgər xalq olaraq karatin rejiminin aradan götürülməsini, əvvəlki həyat fəaliyyətimizə qayıtmaq istəyiriksə, o zaman vaksinasiyanı sürətləndirmək və daha çox vətəndaşımızı vaksinə cəlb etməliyik. Təxminən ölkə əhalisinin 50%-i vaksinasiya olunmuş və ya koronavirusa yoluxub sağalmış olarsa, daha yumuşaq karantin rejiminə keçməkdən söhbət gedə bilər.
Artıq yoluxmalarda bir qədər azalma müşahidə olunur. Nəzərə alsaq ki, böyük əksəriyyəti Bakı şəhərinin payına düşür. Ona görə də karantin rejimini yumuşaltmaqdan ötrü peyvəndləmə prosesinə ciddi fikir verməliyik”.