İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxil edilib ki, bunlardan biri də sosial sferaya aid “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı layihədir. Layihə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
Üçüncü oxunuşda müzakirəyə çıxarılacaq digər mühüm qanun layihəsi isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov Azvision.az-a açıqlamasında deyib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda olacaq dəyişiklik yalnız vətəndaşların xeyrinə hesablanıb:
- Burada yenilik kimi vacib bir məqam nəzərdə tutulub. Əlillik müddəti bitəndən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edilməlidir. Bu dövr bitəndə isə o, ötürülmüş müddət sayılır. Yəni birinin əlilliyi üç, digəri altı aydan sonra bərpa oluna bilər. İndiyə qədər əlillik hansı müddətdən bərpa olunurdusa, onun pensiyası da həmin gündən hesablanmağa başlayırdı. Bərpa olunana qədər arada itən vaxt vətəndaşın əleyhinə işləyirdi. Amma yeni qanunla şəxsin əlillik pensiyası hansı gündən dayandırılmışdısa, ötürülmüş müddətin pensiyası da o günlər nəzərə alınmaqla ödəniləcək.
Ona görə də, buna müvafiq olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişiklik edilir. Məqsəd ancaq budur ki, vətəndaşın xeyrinə olaraq, əlillik yenidən müəyyən edilənə qədər ötürülmüş müddətin pensiyası ona ödənilsin. Bir sözlə, vətəndaşlarımız bu məsələdə itirməsinlər.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi hazırlayıb. Məqsəd əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatıdır.