
Neft Azərbaycan xalqının ən qiymətli yeraltı sərvətlərindəndir. Azərbaycan müstəqillik əldə etdikdən sonra öz neftinin də sahibi oldu. Ümummilli liderimiz Heydər Əliyev həyata keçirdiyi müstəqil dövlət quruculuğu siyasətində neft amilinə ciddi fikir verirdi. 1994-cü il sentyabr ayının 20-də Azərbaycan öz təbii sərvətinin şəriksiz sahibi olduğunu bir daha təsdiq etdi. Ümummilli liderin işləyib hazırladığı yeni neft strategiyasına əsasən imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın qapılarını xarici investorların üzünə açdı. Ötən müddət ərzində bu müqavilədən Azərbaycan xalqı milyardlarla gəlir götürmüş, ölkənin sosial və iqtisadi həyatında istehsal olunan neftin payı durmadan artmışdır. Bir neçə il əvvəl "Əsrin müqaviləsi"nin istismar müddətinin 2050-ci ilə qədər uzadılması barədə sərmayəçilər arasında yenidən müqavilə imzalandı. Bu müqavilədə Azərbaycanın hasilat payı əvvəlkilərindən daha çox müəyyən edilmişdir. Hazırda Azərbaycan karbohidrogen ehtiyatlarına görə Avropa bazarlarında layiqli tərəfdaş kimi tanınmaqdadır. Salyan ərazisində ilk kəşfiyyat quyuları ötən əsrin 50-ci illərində qazılmışdır. Babazanan, Kürsəngi, Qarabağlı və digər ərazilərdə qazılan kəşfiyyat quyuları öz bol nefti ilə insanları sevindirmişdir. Salyan neftçiləri quruda neftçıxarmanın ən mütərəqqi üsullarını tətbiq etmiş və nəzərdə tutulan plan və tapşırıqları layiqincə yerinə yetirmişlər. Burada neftçi ordusunun böyük bir nəsli yetişmişdir ki, yaxşı ənənələr bu gün də davam etməkdədir. Ölkəmiz xarici investisiya üçün açıq elan edildikdən sonra Salyan rayonu ərazisindəki neft yataqları yeni təsis edilmiş "Salyan OİL" LTD müştərək müəssisəsinin kollektivi tərəfindən istismar edilməyə başlamışdır. Kollektiv xarici texnologiyaların və mütərəqqi qeftçıxarma üsullarının tətbiqi nəticəsində hasilatın sabit saxlanılmasına nail olur. Bütün bunlarla bərabər şirkətdə ekoloji məsələlərə də ciddi fikir verilir. Bütün dünyada neft-qaz çıxarma sənayesi ətraf mühitə mənfi təsirlərinin miqyasına görə birinci yerdə durur. Keçmiş SSRİ dövründə neft istehsalının ətraf mühitin qorunmasından üstün tutulması torpaqların neftlə, neftli sularla çirklənməsinə səbəb olmuşdur. Salyan OİL şirkətinin Ekoloji Siyasətinin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə edilməsidir. Bununla ələqədar Salyan Oil şirkəti fəaliyyətə başladığı dövrdən ekoloji problemlərə daha çox diqqət yetirir. Belə ki,2006-cı ildən indiyədək neftlə çirklənmiş 17 ha ərazi rekultivasiya olunaraq bərpa olunmuşdur. Hal hazırda da Azərbaycanda pilot layihə kimi "SUNDANSE AZƏRBAYCAN" şirkəti çirklənmiş torpaqların təmizlənməsi istiqamətində işlərini davam etdirir ki, 2021-ci ilin 8 ayı ərzində 836 m3 torpaq,1380 m3 su təmizlənmişdir. 2021-ci ilin 8 ayı ərzində ekolojiyönümlü işlərdən, ekoloji risklərin qiymətləndirlməsi işlərinə əsasən, qaz itkilərinin, neft və lay suyu dağıntısının qarşısını almaq məqsədilə 3060 metr qaz, 846 metr lay suyu və 2200 metr texniki su kəmərinin korroziyaya uğramış hissəsi dəyiışdirilərək enisi ilə əvəz olunub, 10 ədəd neft quyusunun yanında torpağın neftlə çirklənməməsi məqsədilə betonlaşdırılmış şaxtalar tikilmişdir, həmçinin ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə sahələrdə 900 ədəd müxtəlif növ ağaclar əkilərək qulluq olunur. Milli Parkı mühafizə etmək məqsədi ilə yaxın olan mədən ərazisndə yanğınlara qarşı profilaktik işlər görülmüşdur. Salyan OİL əməliyyat şirkətinin SƏTƏM Departamentinin rəhbəri Kamran Manafovun Anakur.az saytına müsahibəsində demişdir ki, bütün bu işlərin görülməsində Salyan OİL şirkətinin baş meneceri Şan Lianzeng başda olmaqla, baş menecerin müavini Zhao Minzangın, SƏTƏM meneceri Naser Eminov və şirkətin icraçı direktoru Araz Manafov cənablarının böyük dəstəyi olmuşdur. Eləcə də pandemiya şəraitinə baxmayaraq və profilaktik tədbirlərə diqqət edərək ətraf mühitin mühafizəsi ilə bərabər, şirkət işçilərinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə mühüm tikinti-quruculuq işləri həyata keçirilmişdir. Yeni tikilməkdə olan yeməkxana, istifadəyə verilən inzibatı bina və Avropa standartlarına uyğun, Şərq üslubunda tikilmiş ikimərtəbəli qonaq evi istifadəyə verilməkdədir. Eləcə də Kürsəngi sahəsində bütün normalara cavab verən anbar kompleksi tikilib işçilərin istifadəsinə verilmişdir.

