AZƏRTAC xəbər verir ki, saat 19:00-da başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunub.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı sentyabrın 27-də təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.