“8 noyabrda Azərbaycan Silahlı Qüvvələrinin birlik, hissə və bölmələrində təntənəli tədbirlər keçiriləcək. Bu məqsədlə tərtib edilən tədbirlər planı artıq təsdiq edilib və onların praktiki icrası istiqamətində fəaliyyətlərə başlanılıb”.
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Modern.az-ın qarşıdan gələn Zəfər günündə hərbi paradın keçirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.
“Hələlik Zəfər günündə paradın keçirilməsi ilə bağlı heç bir rəsmi göstəriş verilməyib. Lakin mən hesab edirəm ki, həm Qələbənin ilk ildönümü, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi hərbi paradın keçirilməsi ilə qeyd oluna bilər. Qələbəmizin birinci ildönümü çox vacib və tarixi bir hadisədir”, - deyə ekspert qeyd edib.