Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb.
Anakur.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edir.
Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan eedib.
Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.
Toplantıda çıxış edən Azərbaycan Prezidenti bildirib ki, Türk Dünyasının Ali Oredenini aldığı üçün böyük qürur hissi keçirir:
“Təbii ki, eyni zamanda özümü məsuliyyət altında hiss edirəm...
Həm öz adıma, həm də xalqım adına xoşbəxtlik duyuram. Bu, Azərbaycan xalqına verilmiş bir ordendir. Azərbaycan xalqı çox çətinliklərlə üzləşib. Bu ordeni qardaşımdan almağım isə ayrı bir sevinc hissidir”.
İlham Əliyev deyib ki, Türkiyə Prezidenti Vətən müharibəsinin ilk günündən sonuna qədər Azərbaycana dəstək olub.
“Bu dəstək bizə güc verib”, -Azərbaycan Prezidenti vurğulayıb.
İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Türk Dünyasının birliyini gücləndirmək üçün hər şeyə hazırdı:
"Bu gün əvvəlkindən daha çox güclüyük. Hazırda həqiqətən də tarixi günləri yaşayırıq”.
Azərbaycan Prezidentinin sözlərinə görə, xalqlarımız arasında əlaqələr daha da güclənir.
"Çünki burada olanların hamısı ölkəsini inkşaf etdirmək istəyən dövlət başçılarıdır. Xalqlarımız arasında əlaqələr hər gün daha da güclənir. Bu da son dərəcə vacibdir. Türkiyə kimi hərbi gücü olan ölkə aramızdadır. NATO-nun ən böyük ordusuna sahib ikinci

ölkəsidir. Bu gücü də ancaq sülh üçün istifadə edir. Ona görə də inanıram ki, sədrlik dövründə bütün hədəflərə nail olunacaq”.