Ermənistan mediası Putin-Əliyev-Paşinyan görüşünün noyabrın 26-da Soçidə keçiriləcəyini iddia edir.
Anakur.az xəbər verir ki, erməni teleqram kanalları bu məlumatı yayarkən etibarlı mənbələrə istinad etdiklərini bildirib.
“Noyabrın 26-da Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək”,-deyə iddiada qeyd edilib.
Ermənistan hökuməti bu məlumatı şərh etməyib.
Xatırladaq ki, bir müddət öncə də Putin-Əliyev-Paşinyan görüşü barədə məlumat yayılmış, Rusiya tərəfi bunu inkar etməmişdi. Ancaq 16 noyabr tarixində Ermənistan-Azərbaycan sərhəddində baş vermiş və hər iki tərəfdən itkilərə səbəb olmuş toqquşma bu görüşü gündəmdən çıxarmışdı.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Əliyev-Paşinyan görüşü planlaşdırılıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq rəsmən razılıq verib.