Salyan Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilmişdir. Aksiyanı Səhiyyə Nazirliyi B.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı təşkil etmişdir.
Məkəzin 11 nəfərdən ibarət səyyar qrupu 22 dekabr 2021- ci il tarixdə Salyan rayonunda olmuşdur. Qrupun həkim terapevtləri Günel Əliyeva və Nərmin Abdullayeva "anakur.az"-n əməkdaşı ilə söhbət zamanı demişlər ki, salyanlılar qanvermə aksiyasında həmişə fərqlınmişlər. Xüsusən gənclər daha çox fəallıq göstərirlər. Məqsəd talesemiyyadan əziyyət cəkən uşaqların qanla təmin olunmasına köməklik göstərməkdir.
Qanvermədə könüllü iştirak edənlərin əvvəl təzyiqi ölçülür, sonra adına qeydiyyat vərəqəsi açılır daha sonra isə qan götürülür.
Aksiya Rayon Mərkəzi xəstəxanasının həkimlərinin və rayon icra hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə aparılır.
Qanvermədə iştirak edən hər kəsə bu humanist aksiyaya qoşulduğuna görə münnətdarlığımılzı bildiririk.