“Artıq son bir neçə ay ərzində müsbət məqam ondan ibarətdir ki, İranla bir sıra yeni layihələrlə bağlı razılıq əldə edilib”.
Anakur.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Yeni layihələrin icrası ilə bağlı yol xəritəsi hazırlanır. Hesab edirəm ki, yaxın vaxtlarda təsdiq ediləcək”, - nazir vurğulayıb.
Ölkələrimizin həyata keçirdikləri birgə layihələrdən söz açan nazir “Xudafərin” və “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşasını, Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınmasını misal gətirib.
C.Bayramov qeyd edib ki, İranda yeni hökumət formalaşdıqdan sonrakı bir neçə ay ərzində bir sıra yeni layihələr barədə konkret icraatlar var. Aşqabadda Türkmənistan qazının İran ərazisindən keçməsi barədə müqavilə buna nümunədir. Ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir.