Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə və digər qapalı məkanlara hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkün olub.
Epidemioloji vəziyyət imkan verdiyindən, bir çox dünya ölkələrində olduğu kimi, mayın 1-dən Azərbaycanda da maska tələbi ləğv edilib. Artıq bəzi ölkələr maska tələbi ilə yanaşı, COVID pasportunu də aradan qaldırır.
Bəs, ölkəmizdə COVID pasportunun ləğvi gözlənilmi?
Bu barədə Modern.az-a danışan radioloq-həkim Aydın Əliyev hesab edir ki, Azərbaycanda vaksin serifikatı birmənalı şəkildə ləğv edilməlidir:
“Dəfələrlə bu haqda çıxışlarımda bildirmişəm. Üçüncü doza peyvənd tələbinin məcburiliyi aradan qaldırılmalıdır. Bu proses könüllü şəkildə həyata keçirilməlidir. Ancaq digər peyvəndlər qalmalıdır, çünki onlar zəruri peyvəndlərdir. Pandemiya bitdiyi üçün COVID-19-a qarşı peyvənd tələbi olmamalıdır. Dövlətin bununla bağlı planlarının nə olduğunu bilmirəm, ancaq pandemiya nöqteyi-nəzərindən epidemik vəziyyətə əsaslanaraq bu gün vaksin sertifikatı tələb edilməməlidir.”
Qeyd edək ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub. Artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi deyil. Yalnız insanlar öz şəxsi istəklərilə maskadan istifadə edə bilərlər.
Anakur.azEpidemioloji vəziyyət imkan verdiyindən, bir çox dünya ölkələrində olduğu kimi, mayın 1-dən Azərbaycanda da maska tələbi ləğv edilib. Artıq bəzi ölkələr maska tələbi ilə yanaşı, COVID pasportunu də aradan qaldırır.