1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür
Kənd Təsərrüfatı İşçiləri Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il tarixli sərəncamı ilə qeyd edilir. Respublikamızın qabaqcıl aqrar rayonlarından olan Salyanın kənd təsərrüfatı işçiləri özlərinin çoxillik ənənələrinə sadiq qalaraq ölkəmizdə ərzaq bolluğunun yaradılmasına öz layiqli töhvələrini verməkdədirlər.
Ənənəvi peşə bayramı ərəfəsində Salyan Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyevi redaksiyamıza dəvət etmişdik. Direktor müsahibə zamanı bildirdi ki, AİM-nin kollektivi rayonda hüquqi və fiziki şəxslər tərəfindən becərilən geniş çeşidli kənd təsərrüfatı məhsullarının istehsalında sahənin insanlarına hərtərəfli kömək göstərirlər.
Rayonda bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, Salynın kənd təsərrüfatı əməkciləri ötən il pambıq istehsalı sahəsində respublika lideri olmuş, əvvəlki şöhrətini qaytarmışlar.Bunun nəticəsidir ki, cari ildə pambıqçılığın inkişafına xüsusi fikir verilmiş, əkin sahələri genişləndiməklə yeni təsərrüfatlar yaradılmışdır.Bu il rayon üzrə 1486 hüquqi və fiziki şəxslə müqavilə bağlanmışdır.
T.Atamalıyaev əlavə etdi ki, bu il rayonda pambıqçılıqla 5 şirkət məşğuldur.”P-Aqro”MMC, ”MKT İK” MMC, ”AzərPambıq ASK” ilə yanaşı “Taş Obası” MMC və “Aztəsərrüfat” MMC də “ağ qızıl” istehsalı ilə məşğul olmağa başlamışlar. Nəticədə rayon üzrə pambıq əkin sahələri 9285 hektara çatdırılmışdır. Bu ötən ildəkində təqribən 3000 hektar çoxdur. Nəticədə yeni iş yerləri açılmış,rayona yeni texnikalar gətirilmiş, insanlarımızın məşğuliyyəti artmışdır.
Bu gün pabmıq sahələrində yetişdirilmiş bol məhsul intensiv surətdə toplanmaqdadır. Hava şəraiti əkin dövründə əlverişsiz keçsə də yığım dövründə işlər daha mobil təşkil olunmuşdur.
Tariyel müəllimi dedikləri ilə pabmıq sahələrində olarkən bir daha şahidi olduq.Şorsulu kəndində fəaliyyət göstərən “P-Aqro”MMC-nin yetişdirdiyi pambıq əkini sahələrində işin təşkili yüksək səviyyədə təşkil edilmişdir. Sahələrdə 11 pabmıqyığan kombayn işləyirdi. Bundan başqa 60 qoşqu, 29 ədəd traktor digər müxtəlif texnika yığıma cəlb olunmuşdur.
Çoxdan tanıdığımız və iş təcrübəsinə bələd olduğumuz “Əmək” ordenli direktor Mərdan Cəlilov məlumat verdi ki, mexanizatorlarımızin hər biri texnikanın gücü ilə gün ərzində 15 ton məhsul toplayırlar.Ümumiyyətlə istehsal olunan məhsulun 95 faizə qədəri maşınlarla yığılır.Kombaynçılardan Ceyhun Səmədov,Vüqar Ağayev,Heydər Nəzərov gündəlik tapşırıqları layiqincə yerinə yetirirlər.
Direktor bildir ki, bu mövsüm 2200 hektar sahədə məhsul becərilib. Əkin dövründə havaların əlverişsiz keçməsi burad da özünü göstərib. Yığım qrafikin təqribən 20gün keçikməsi sahə insanlarının əllərini işdən soyutmayıb.Pabmıq istehsalı barədə 560 hüquqi və fiziki şəxslə bağlanmış müqaviləyə əsasən hər hektardan orta hesabla 35-35 sentner məhsul gözlənilir. Bu isə 8000 tondan çox pambıq deməkdir.
Artıq 110 müqavilə iştirakçısı öhtəliklərinə əməl etmişdir.Orta məhsuldarlıq hələlik 32 sentner olsa da sahələrdən 50-60 hektar məhsul götürən insanlar vardır. “Loqos” pambıq sortuna üstünlük vermiş, Sarvan kəndindən Dadaşağa Abdullayev sahələrdən 61, Şorsuudan Gülarə Yunusova 57 sentner məhsul əldə etmşlər.
Burada toplanan məhsul texniki tələblərə çavab verən meydançalarda qurudularaq tayalara vurulur və sonrakı prosesdə emal müəssələrinə göndərilir.Pambıqçı dostlarımza yeni uğurlar diləyi ilə xudafizləşdik