Bu gün hərb meydanında qəhrəmanlıq göstərərən əsgər və zabitlərimiz vətənimizin ərazi bütövlüyünü bərpa etməklə düşməni öz yuvasına qədər qovmaqdadır. Zəfər tariximizə hər gün yeni yeni ünvanlar daxil olmaqdadır. Xalqımızın dügər nümayəndələri kimi, aqrar sektorun əmək adamları da Azərbaycanın silahlı qüvvələrnin qazandığı hər qələbəyə görə qürur hissi keçirirlər.
Hazırda strateji məhsul olan pambığın tədarükü həlledici mərhələyə qədəm qoymuşdur. İlin yazında əkilmiş sahələrə aqrotexniki qaydada qulluq edilmiş və bol məhsul yetişdirilmişdir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev deyir ki, Salyan rayonunda 5010 hektarda məhsuldar sortlar əkilmişdir. Məhsul tədarükünə görə, Salyan respublika üzrə öndə gedən rayonlar sırasındadır. Pambıq istehsalı ilə P-Aqro MMC, MKT İK MMC, AzərPambıq MMC məşğul olur. Nəticə etibarı ilə 510 ton ağ qızıl istehsalı praqnozlşdırılmışdır. Bu təşkilatlar 331 nəfər hüquqi və fiziki şəxslə müqavilə bağlamışlar. İstər əkin zamanı, istərsə də sahələrə qulluq vaxtı insanlara lazımı aqrotexniki xidmət göstərilmişdir. Əkin sahələrinin məsulunun hamsı texnikanın gücü ilə yığılması nəzərdə tutulub. Hazırda məhsul toplanışının həlledici günlərindir.
…Yolumuz rayonun Şorzulu kəndinədir. "P-Aqro MMC" burada fəaliyyət göstərir. Cəmiyyət ərazi üzrə 2150 hektarın məhsulunun becərilib yığılması barədə 331 hüquqi və fiziki şəxslə müqavilə bağlamışdır. Təşkilata II dərəcəli Əmək ordenli Mərdan Cəlilov rəhbərlik edir. Bir payız səhəri onunla iş başında, yeni tamamlanmış pambıq tayasının yaxınlığında görüşdük. İlk novbədə, Dağlıq Qarabağın erməni işğalçılarından təmizlənməsində ikidlik göstərən ordumuzun uğurlarını xatırlatdıq. Hər birimizin xalqımız üçün çox önəmli olan dövrdə üzərimizə düşən vətəndaş məsuliyyətindən danışdıq. Bu gün arxa da bir cəbhədir. Hünər cəbhəsi. Beləcə söhbətimiz istehsalata, cəmiyyətin bu günkü iş qayğılarına yönəldi. Müsahibim dedi ki, kollektivimizin üzvlərindən də silahlı qüvvələrimizin sırasında döyüşən vardır. Biz onların da işini icra etməklə strateji məhsul olan pambığın tez tədarük edilməsi üçün bütün səylərimizi birləşdirmişik.
Öyrənirik ki, hər gün sahələrdən 200-250 ton yüksək keyfiyyətli məhsul toplanır. Sahələrə çıxarılmış 11 ədəd pambıqyığan maşın məhsuldar işləyir. Ümumi məhsulun 80 faizinin isə texnikanın gücü ilə toplanması planlaşdırılır. Ümümiyyətlə, cəmiyyətin üzvləri bu il 750-800 ton pambıq tətarük etməyə qərarlıdırlar.
Burada hər kəs işini dəqiq bilir. Mexanizator və qoşqulu lafet idarə edənlərdən İlqar Kərimov, Vüqar Ağayev, Fətulla Əliyev, Rəşid Əliyev,Yusif Məhərrəmov, Rəşid Abıyev və başqaları zəhmət bahasına yetişdirilmiş məhsulun tez və itkisiz toplanması çün var qüvvə ilə çalışırlar.
MMC-nin müqavilə bağladığı icarədarlar arasında pambıq yığımında yüksək nəticə göstərənlərin adını fərəhlə qeyd edirəm. Murad Hüseynov hər hektardan 56, sentner Namik Quliyev hər hektardan 54 sentner, Mətləb Əhmədov hər hektardan 48 sentner nəticə əldə etmişlər. Bir necə günə isə, bütövlükdə, cəmiyyət üzrə proqnozlara əməl edilməsi göz qabağındadır. Uğur olsun!
MKT Salyan filialında da mövsüm işləri yaxşı təşkil edilmişdir. Cəmiyyət Salyan rayonunun 14 inzibati ərazi dairəsi üzrə 466 nəfər fiziki və hüquqi şəxslə hər hektardan 35 sentner olmaqla, 760 ton pambıq tədarük etmək barədə müqavilə bağlamışdır. Məhsulun hamısının texnikanın köməyi ilə toplanması nəzərdə tutulub. Hər gün 70-80 hektar sahənin məhsulu toplanır. Gündəlik məhsuldarlıq 37-38 sentnerdir. Cəmiyyətin baş aqronomu Əliskəndər Əliyev filialın həyətində sira ilə ucaldılmış pambıq tayalarını göstərərək dedi ki, 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Gününə kimi nəzərdə tutulan nəticəni əldə etmək əzmindəyik. Silahlı Qüvvələrimizin erməni işğalçılarına qarşı Vətən müharibəsində əldə etdiyi qələbələr hər birimizi sevindirir və arxa cəbhədə işləmək həvəsimizi qat-qat artırır.
Cəmiyyətin balansında 11 pambıq yiğan 28 nəqliyyat traktoru, 66 qoşqulu traktor vardır. Havaların yığım üçün əlverişli kecməsi məhsulun tez və itkizis toplanacağından xəbər verir.
Salyan rayonunun aqrar sahədə çalışan digər əmək adamları ilə görüşlərimizdən bu qənatə gəldik ki, insanlarımız məşğul olduqları sahədə daha fəal və mütəşəkkil çalışırlar. Sosial rifahın yaxşılaşdırılmasına yönəldilən bu işlərdə dövlətimizin yaratdığı şəraitdən maksimum bəhrələnirlər. Ürəyi tarixi zəfərlər yazan ordumuzla bir vuran salyanlıların bütün fəaliyyəti ümümxalq birliyinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yümruq kimi birləşməyimizə xidmət edir.
XXX
Salyan rayonunun Qaraqaşlı kəndinin ərazisində fəaliyyət göstərən Dövlət Sort Sınaq Məntəqəsi 1935-ci ildə yaradılıb. Burada yeni sortlar mütəxəssis nəzarəti altında sınaqlardan keçdikdən sonra aidiyyati dövlət qurumlarının çıxarışları ilə respublika üzrə istifadə olunmağa tövsiyyə olunur. Cəmi 5 nəfər üzvü olan kollektiv öz işinə məsuliyyətlə yanaşır. Burada hər kəs bilir ki, onun əməyindən gələcək məhsuldarlıq çox aslıdır.
Sort Sınaq Məntəqəsinə 15 ildir ki, rayonumuzun qabaqçıl kənd təsərrüfatı mütəxssisi, "Tərəqqi" medallı Balaeyvaz Hüseynov rəhbərlik edir. Ötən illərdə uğurlar çox olsa da təsərrüfat rəhbəri bu günkü qayğılarla yaşayır. Deyir ki, məntəqəmizin öhdəsində cəmi 37,5 hektar əkin sahəsi vardır. Burada respublikamızdan və xaricdən gətirilmiş məhsuldar taxıl və pambıq sortlarınin sınağı keçirilir. Bu il 10 hektarda yüksək reproduksiyalı taxıl sortları becərməklə məhsuldarlığı 36,3 sentnerə çatdıra bilmişik. Sahələrimiz aqrotexniki qaydada qulluq edildiyinə görə, bol məhsulumuz vardır. İndiyə kimi, sahələrdən 30 ton ağ qızıl tədarük etmişik. Bu, məhsuldarlığın 31 sentner olması deməkdir. Ancaq elə sahələr var ki, hələ məhsulu indi yığılır. Ona görə də daha 10 ton pambıq toplamaq imkanı realdır.
Məntəqənin sahələrini gəzdik. Yerli Gəncə sortunun 10-a yaxın novünün, həmcinin məhsuldar Yunan sortlarının əkildiyi əraziyə baxdıq. Məntəqənin fəhlələri Rəbiyyə Nifdiyeva,Tərgül Hidiyeva, Sakit Əliyevlə söhbət etdik. Zəhmətlə yaşayan bu insanlar bizdə xöş təəssürat oyatdı. Kiçik kollektiv çox əzmkarlıqla çalışır. Deyirlər ki, əgər ordumuz doyüş çəbhəsində qələbələr qazanırsa, biz də burada - tarlada fərqlənməliyik.
Gəlişimiz respublikamızın Kənd Təsərrüfatı İşçiləri Günü rəfəsinə təsadüf edirdi. Arzu etdik ki, düşmən üzərində tarixi qələbəmizin tezliklə qazanılacağı günü birlikdə sevinək, bir -birimizi təbrik edək.
Rüstəm Məlikov.