SALYAN.
Pambıq istehsalı və tədarükü sahəsində zəngin təcrübəyə malik Salyan pambıqçıları cari ilin məhsul toplanışına başlamışlar. Sahələrə çıxan zəhmət adamları hər gün orta hesabla 30-40 ton əl ilə pambıq toplanır.
Ötən il hər hektardan 33 sentner məhsul toplayaraq respublika üçüncüsü olan Salyan pambıqçıları bu il əkin sahələrinin məhsuldarlığını daha da artırmaq əzmindədirlər. Salyan rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev müxbirimizlə söhbətində bildirmişdir ki, rayonda pambıqçılıqla məşğul olan üç şirkətin hamısında yeni mövsümə yaxşı hazırlıqla başlanılmışdır. MKT, «Azərpambıq». «P-aqro» şirkətlərinin Salyan filiallarında pambıqçılıqla məşğul olan 999 hüquqi və fiziki şəxslə 5010 hektarda pambıq istehsalı barədə müqavilə bağlanmışdır.
Əkin və becərmə dövründə bütün aqrotexniki qaydalara riayət edilməklə tarlalarda bol məhsul yetişdirilmişdir. Min bir əziyyətlə hasilə gələn məhsul artıq yığılmaqdadır. Rayon pambıqçıları əsas gücü texnika ilə yığıma verəcəklər. Ötən il ümumi məhsulun 82 faizini maşınlarla yığan pambıqçılar bu il becərilən məhsulun 90 faizini texnikanın köməyi ilə toplamaq fikrindədirlər. Bu məqsədlə 22 ədəd pambıqyığan maşın, 100-dən çox traktor və lafet, digər texnika saz vəziyyətdədir.
Müasir becərmə üsullarının və mexaniki yığım texnologiyalarının tətbiqi hesabına pambıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslərin bu ilki qazancının daha çox olacağı gözlənilir.
Məhsulunz bol, qazancınız ürəyinizcə olsun!.
Neftçala.
Ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayığısını, tapşırıq və tövsiyələrinin davamı olaraq bu il Neftçala rayonunda 5972 hektar sahədə pambıq əkilib və becərilib.
Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq vaxtında suvarma suyu ilə vaxtında təminat həyata keçirilib. Əkilmiş pambıq sahələrinin becərilməsində yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin olunub. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Neftçala rayonunda fəaliyyət göstərən “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC şirkətlərinin nümayəndələrinin iştirakı ilə pambıq sahələrinə baxış keçirib və ilkin olaraq pambığın əl ilə yığımına start verilib. Sahədə fermerlə də görüş rayon icra hakimiyyətin başçısı Mirhəsən Seyidov fermerləri narahat edən məsələləri müzakirə edib, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib. Pambıq yığımında rayon icra hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra isə pambıqyığan kombaynlarla pambıq yığımına şəkildə başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.