Bir neçə gündür ki, Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsinin artması müşahidə olunmaqdadır. Avqust ayının ikinci ongünlüyündən başlayan yağışlar hesabına yaranan su artımı təsərrüfat adamlarının, su istifadəçilərinin sevincinə səbəb olmuşdur.
Salyan Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyev "anakur.az” ın əməkdaşı ilə söhbət zamanı bildirmişdir.ki, hazırda pambıq və yonca əkilmiş sahələrdə intensiv suvarma işləri aparılır. Eyni zamanda 900 hektarda təkrar əkin keçirilmiş qarğıdalı sahələrində suvarma üçün yaxşı imkan yaranmışdır.
Salyan suvarma sistemləri idarəsindən verilən məlumatda deyilir ki, su nasoslarının, hidrotexniki qurğuların məhsuldar işləməsi üçün yaxşı şərait yaranmışdır.
Ümumiyyətlə, Salyan Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı işlərinin, ocümlədən əkin sahələrinin su təchizatının təşkili məqsədilə Operativ qərargah fəaliyyət göstərir. Rayonda ğlkə başçısının tapşırığına əsasən su itkisinin qarşısının alınması və suvarılan torpaqların məhsuldarılığının artırılması üçün nəzərdə tutulan işlər ardıcıllıqla həyata keçirilir. Aqrar İnkişaf Mərkəzi tərəfindən su istifadəçiləri arasında maarifləndirmə işləri aparılır, sudan qənaətlə istifadə etmək və itkiyə yol verməmək tövsiyə olunur.