Muğan bölgəsinin qədim diyarı olan Salyan rayonun da ölkəmizdə uğurla həyata keçirilən Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramına uyğun olaraq inkişaf edir. Rayonda insanların sosial müraciətlərinə lazımınca diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı, xüsusi sərəncamları ilə hazırda rayonda su və kanalzasiya sisteminin yenidən qurulması, kəndarası yolların asfaltlanması, əhalinin icməli su təchizatının yaxşılaşdırılması və digər istiqamətində ardıcıl işlər aparılır.
Rayonda aparılan social quruculuq işlərinə Heydər Əliyev fondu tərəfindən də çox böyük köməkliklər göstərilməkdədir. Hazırda Fondun təşəbbüsü ilə rayonun Qızılağac kəndində 1000 şagird yerlik, Aşağı Kürkənd kəndində isə 360 yerlik yeni məktəb binası tikilməkdədir.
Fondun digər təşəbbüsü ilə rayonun Arbatan kəndində 600 şagird yerlik məktəb binasında təmir tikinti işləri sürətlə davam etdirilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Qarabağlı kəndində 100 yerlik uşaq baxçasında işlər artıq başa çatdırılmış, şəhərin N.Babayev küçəsində yerləşən 60 yerlik uşaq baxçası üçün yeni binanın inşası isə davam etdirilir.
Salyan rayonunda Pandemiya şəraitində, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tovsiyyələri şəraitində tikinti abadlıq işlərinin qrafikinə əməl etmək üçün lazımı işlər görülür. Belə ki, həmin obyektlərdə görülən işlər Salyan rayon icra hakimiyyəti başçısı aparatının daimi nəzarəti altında aparılır.RİH başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbəriləri, içtimaiyyət nümayəndələri mütamadi olaraq inşaatçılar yanında olur,işin sürətli təşkilinə dəstək göstəririlər.
Salyanlılar görülən işlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə öz minnətdarlıqlarını bildirirlər.