1 yanvar 2023-cü il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 839.4 manata çatıb.
Banker.az olaraq bu dəfə ölkədə rayon və şəhərlər üzrə əməkhaqqıları ilə bağlı hansı fərqli rəqəmlərin olduğunu araşdırdıq.
Dövlət Statistika Komitəsinin statistik göstəricilərində həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 1079.8 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 954.9 manatdır.
Şuşa 712.7 manat olmaqla 3-cü yerdədir, 4-cü yerdə isə 700.9 manat olmaqla Şirvan, 5-ci yerdə isə 678.7 manat olmaqla Qubadlı rayonudur.
Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Balakən və Zaqatala rayonlarında qeydə alınıb. 1 yanvar 2023-cu il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 451.5 manat, Balakəndə orta aylıq əməkhaqqı 480.3 manat, Zaqatala rayonunda isə 480.4 manat təşkil edib.