Türkiyə Böyük Millət Məclisi (TBMM) hərbçilərin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Metbuat.az xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılır.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.
Layihəyə əsasən, Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.