Koronavirusun Azərbaycanda yayılmasının 1 ilinə yaxınlaşırıq. Biz ilk yoluxma dalğalarında xeyli çətinliklərlə üzləşdik və bir çox addımlar atıldı.
Anakur.az Teleqraf.coma əsasən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Əgər iyul-avqust ayında qapanmaya getdiyimiz zaman yoluxmalar 500 arasında idisə, bu gün 5000-ə yaxındır. Lakin səhiyyə sistemi bu saydan artığının öhdəsindən gələ bilmir. Bu sistemin vəziyyətin qarşısında dura bilmədiyini hamımız hiss edirik. Sosial şəbəkələrdə də narazılıqların şahidiyik. Vəziyyəti hamımız dərk etməliyik. Necə ki vətən müharibəsi zamanı birləşmişdik, indi də eyni birliyi göstərməliyik", - deyə Şahmar Mövsümov söyləyib.
O qeyd edib ki, bu sərtləşmələr yoluxma sayı aşağı düşənədək davam edəcək: "Dünyada peyvənlə bağlı prosesləri izləyirik, danışıqlar aparırıq. Hər birimiz uşaqlıqdan peyvənd olunmuşuq və peyvənd təhlükəsizdir. Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər böyük vaxt lazımdır. Məhz buna görə də COVID-19-a qarşı peyvəndin hazırlanması uzun vaxt alır.
Bu müddət ərzində bir çox peyvəndlərin üzərinə iş getdi. Lakin yeni yanaşmalarda böyük təcrübə olmadı. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksini Azərbaycana gətirəcəyik.
Hazırda iki ölkədə - Böyük Britaniya və Türkiyədə vaksinasiyaya başlanılıb. Türkiyədə vaksinasiyası başlanılan Çin peyvəndi ən təhlükəsiz peyvəndlərdəndir. Qısa müddətdə peyvənd haqqında məlumat veriləcək".