Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 705 yeni yoluxma faktı qeydə alınıb, 4 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.