Ağcabədi şəhərinin mərkəzində, H.Əliyev meydanında quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı və Azərbaycan-Türkiyənin dövlət bayraqları ilə bəzədilib.
Anakur.az Modern.az-ın məlumatına əssaən bildirir ki,, uzunluğu 9 metr olan "yolkanın" ən zirvəsində Dövlət bayrağı dalğalandırılır.
Vətən müharibəsində iştirak edən və şəhid olan Ağcabədidən olan 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül asılıb. Yolkanın ən zirvəsində isə “Qarabağ Azərbaycandır!” yazılıb. (APA)