Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 214711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 168971 nəfər müalicə olunaraq sağalıb, 2499 nəfər vəfat edib, aktiv xəstə sayı 43241 nəfərdir.