Koronavirus ürəyin ritmini dəyişir
18:09 2021-01-01
CƏMİYYƏT
Koronavirusun ürəyə fəsadı, təsiri barədə çox deyilib.Xəstələr elə ilk gündən ürəkdə çırpınma, təzyiq və döyünmənin dəyişməsini müşahidə edir.Artıq həkimlər koronavirus taxikardiyası adlı sindrom elan ediblər.
Anakur.az Unikal.orga istinadən xəbər verir ki, taxikardiya və artirmiya əslində bənzər xəstəlikdir. Taxikardiya zamanı ürək ritmi yüksəlir, yəni sayı artır, aritmiya zamanı isə stabilliyi pozulur. Yəni arada normal, sonra artır və düşür.
Bir sözlə, ürək ritmi dəyişkən olur və yüksəlməsi yaxşı göstərici deyil, ürəyi var gücü ilə normadan artıq işləməsinə səbəb olur.
Koronavirus zamanı nə baş verir:
- Təzyiq dəyişir - həmişə təzyiqi aşağı olanlarda belə yüksəlmə olur. Təzyiq oynayır. Və ya əksinə çox zaman yüksək təzyiqi olanlarda kəskin düşür.
- Çox tərləmə - koronavirusun əsas gedişatıdır. Hətta sərin, soyuq havada belə xəstə aşırı tərləyir, yatanda bütün geyimi, yeri su olur. Amma termometrlə qızdırmanı ölçəndə, 37.2 olduğunu görür.
- Təngnəfəslik - Ürək və ağciyərlərdə problem olduğunun ilk göstəricisidir. Xəstə 10 addım gəzsə belə təngməfəs olur. Ona görə bunu sırf ağciyərə bağlamaq olmaz. Ürək də müalicə olunmalıdır
- Baş gicəllənmə - təzyiqin oynaması səbəbindən xəstə bu halı hiss edir. Koronavirusda huşun itməsinə də rast gəlinir
- Döş qəfəsində ağrı, sancı - bu da problemin ürəkvə və ağciyərdə artıq başladığını göstərir. Koronavirus xəstələrinin kardioloq müayinəsindən keçməsi mütləqdir.
Sonradan taxikardiya və aritmiyanın düzələcəyi isə hələ təhlil olunmayıb. /medicina.az