Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq.
Anakur.az APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.
O bildirib ki, dəmiryol terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.
O əlavə edib ki, Ərdəbil-Parsabad dəmir yolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmir yolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryol xətti çəkiləcək”.