2020-ci ilin dekabrında 12 aylıq inflyasiya 2,6 faiz təşkil edib ki, bu da proqnozlaşdırılan intervalın aşağı hissəsindədir.
Bunu Azərbaycan Mərkəzi Bnakının İdarə Heyətinin sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib.
E.Rüstəmovun sözlərinə görə, alt kateqoriya üzrə qiymət dəyişimində fərqli dinamika müşahidə olunur:
“İstehlak səbətinin ərzaq komponenti qiymət artımının formalaşmasında həlledici paya malik olmaqda davam edir. Son 12 ayda ərzaq inflyasiyası 4,6 faiz təşkil edib. Dünyada ərzaq qiymətlərinin artması ümumilikdə ərzaq qiymətlərinə təsir edir. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərin 12 aylıq artımı cəmi 1 faizdir. İnflyasiya gözləntiləri stabil olaraq qalır”.