Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri, habelə liderlər səviyyəsində görüşlərin keçirilməsi ilə bağlı hazırlıqlar başlayıb.
Anakur.az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə İstanbulda keçirdiyi görüşdən sonrakı mətbuat konfransında deyib:
"Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri və liderlər səviyyəsində görüşlərin keçirilməsi üçün hazırlıqları başlatmış olduq".