Anakur.az baku.ws-ə istinadən xəbər verir ki, bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər:
"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə, insanlar da, əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur.

Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək.
Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək.
Əlbəttə, yumşalmaların nəticələrindən çox şey aslı olacaq. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".