Fevral ayının 26-da Salyan rayonunda da 29 il əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı faciəsinin il dönümü ümumxalq kədəri kimi anılmışdır. Rayon icra Hakimiyyıtinin başçısı Sevindik Hətəmov, RİH başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri, hərbçil və şəhər sakinləri ”Şəhidlər xiyabanı” xatirə kompleksinə gələrək buradakı Vətən müharıbələrində canlarını qurban vermiş həmyerlililərinin barelyefləri önünə tər qərənfillər düzmüşlər. Milli Qəhrəman Nazim Babayevin büstü önünə də gül dəstələri qoyulmuş xatirəsi anılmışdır.
Anakur.az bildirir ki, Faciə qurbanlarının xatirəsi bir dəqiqə sükutla yad edilmiş və dövlət bayraqları endirilmişdir. İştirakçılar müzəffər ordumuz tərəfindən Xocalı söyqırımının qurbanlarının da qanının alındığını bildirmişlər.