Hər bir azərbaycanlı 44 günlük müharibədən sonra şanlı qələbəmizlə qürur duyur və fəxr edir. Müstəqilliyimiz bizlər üçün çox dəyərlidir,torpaqlarımızın azad olunması yolunda canını qurban vermiş şəhidlərimiz, qazilərimiz, bütövlükdə şanlı ordumuz onu müqəddəsləşdirmişdir.
Respublikanın əməkdar müəllimi Gülşən Piriyeva Anakur.az saytına müsahibəsində bildirmişdir ki, güclü Azərbaycan naminə müstəqilliyimizin qorunması və onun əbədi olması yolunda həmrəy olmaqla Ali Baş Komandanıımızın ətrafında sıx birləşərək milli maraqlarımızın həyata keçirilməsi uğrunda çalışmağı özünün müqəddəs borcu hesab edir. Müharibə başa çatsa da həll olunası problemlər çoxdur və Azərbaycan dirçəliş və quruluş yoluna start verilmişdir.
Azərbaycan dövləti diplomatik mübarizə xəttini də uğurla həyata keçirdir. Cənab prezidentimiz İlham Əliyev diplomatiya mübarizəsində də ardıcıl, məqsədyönlü, müstəqil siyasət yürüdərək uğur qazanmaqda davam edir. Onun dörd saatlıq mətbuat konfransındakı dörd dildə, yüksək siyasi diplomatik çıxışları bütün dünya gündəmində böyük əks-səda yaratmışdır.
Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu gündən günə artır, belə ki, dövlətimiz regional və beynəlxalq aləmdə həyata keçirilən, eyni zamanda iştirakçısı olduğu layihələrdə öz yerini və tərəfdaş ciddiliyini uğurla qoruyub saxlayır.
Azərbaycan beynəlxalq aləmdə öz nüfuz dairəsini gün-gündən genişləndirir və etibarli tərəfdaşa çevrilir, eyni zamanda sosial-iqtisadi, siyasi və hərbi təhlükəsizlik sahəsində özünü təsdiq edir.
Azərbaycan dövləti xarici siyasət kursunda həmişə ardıcıl, birmənalı mövqe nümayiş etdirir. Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarıcı siyasətinin əsaslarını izah edərək, açıq və prinsipial siyasət yürüdür. Ölkəmizin iqtisadi potensialı getdikcə güclənir, nəqliyyat dəhlizləri, yeni infrastrukturlar,regionda nəqliyyat-logistik əməkdaşlığın sıx perspektiv istiqamətlərində işlər görülür.
Bununla da ölkə başçısının apardığı məqsədyönlü siyasət bizi gələcəyə inamlı olmağa ruhlandırır və dünyaya mesaj verir. İnanırıq ki, xalqımız dövlət ətrafında sıx birləşməklə Ali Baş Komandanımızın rəhbərliyi ilə qarşıya cıxan bütün çətinlikləri müvəffəqiyyətlə həll edəcəkdir. Yaşasın müstəqil Azərbaycan!