Dünya tarixində bir çox müharibələr olub. Amma erməni mənfurlarının etdiyi qəddarlıqlar heç bir zaman yaşanmayıb. Erməni xalqı özünün nə qədər vəhşi, vandal, insanlıqdan uzaq olduğunu xalqımıza münasibətdə daim göstərmişdir.
Xalqımız mənfur düşmənin zaman-zaman etdiyi azğınlıqların cavabını 2020-ci ilin sentyabr-noyabr ayları ərzində davam edən Vətən müharibəsində layiqincə verdi. 44 gün davam edən bu müharibədə əldə etdiyimiz tarixi qələbə əslində bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi. Azərbaycanın bu tarixi qələbəsinin istər ölkədaxili, istər regional və istərsə də ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər öyrəniləcək və qiymətləndiriləcəkdir.
İşğal altında qaldığı müddətdə bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Yeraltı, yerüstü sərvətlərimiz talan edilib. Erməni azğınlığının daha bir dəhşətli sübutunu bütün dünya müharibə getməyən ərazilərdəki dinc əhaliyə qarşı son dərəcə qəddar və antihumanist addım olan Gəncə və digər ərazilərimizin bombardman edilməsində gördü. Onlar mülki əhalini məqsədyönlü şəkildə vururdular.Gəncəni balistik raketlə, Bərdəni kasetli bombalarla vurmuşdular. Ən çox mərmi düşən ərazilərdən biri də Tərtər idi.
Çox təəssüf ki, dünyanın demokratiya, insan hüquqlarından bəhs edən təşkilat və ölkələri bu məsələyə biganə qaldılar. Amma biz dövlət olaraq düşmənin cavabını müharibə meydanında verdik.
Şuşa şəhərində “İsgəndər-M” raketinin tapılması məsələsinə hələ də cavab verilməyib. Bu hadisəyə mütləq aydınlıq gətiriləcəkdir.
Azərbaycan dövləti həmişə bütün strateji tərəfdaşlarla səmimi olub, öz sözünü yerinə yetirmişdir. Ona görə də tərəfdaşlarımızdan da eyni qarşılığı gözləmək dövlət olaraq haqqımızdır.
Bu gün dövlətimizin qarşısında duran başlıca məqsəd ölkəmizin yeni inkişaf strategiyasını həyata keçirməkdir. Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət öz bəhrəsini verir və Azərbaycanın inkişafına yeni imkanlar açır. Biz ölkəmizin artan inkişafı üçün cənab Prezidentimizi daim dəstəkləyir və onun siyasətini alqışlayırıq. Ən əsası işğaldan azad olunmuş şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad etdiyimiz bütün bölgələrimizə həyat qayıdacaqdır.
Ölkəmiz bundan sonra da milli maraqlarımızın təmin olunması üçün bütün lazımi addımları atacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
Dildar Ağalarova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi.