Xəbər verdiyimiz kimi, bu gündən jurnalistlər və media subyektləri üçün Media Reyestri fəaliyyətə başlayıb.
Media Reyestrində qeydiyyatdan keçən jurnalistlər və media subyektləri üçün bir sıra güzəştlər nəzərdə tutulub. Bunlardan biri və ən çox gözləniləni jurnalistlər üçün güzəştli şərtlərlə ipotekanın təqdim olunmasıdır.
Media Reyestri artıq istifadəyə verildi. Bəs jurnalistlər nə vaxtdan güzəştli ipoteka almaq üçün müraciət edə bilərlər? Anakur.az bildirir ki “Qafqazinfo” məsələ ilə bağlı MEDİA Agentliyi ilə əlaqə saxlayıb.
Agentliyin Kommunikasiya Şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, əvvəlcə jurnalistin işlədiyi və ya əməkdaşlıq etdiyi media subyekti müraciət edərək media reyestrinə daxil olmalı və media subyekti şəhadətnaməsi almalıdır: “Bundan sonra jurnalist media reyestrinə daxil edilmək üçün müraciət edir. Müraciət qəbul olunduqdan və jurnalistə müvafiq vəsiqə verildikdən sonra jurnalist güzəştli ipoteka almaq üçün müraciət edə bilər. Bundan başqa müraciət edən şəxs güzəştli ipotekadan yararlanmaq üçün İpoteka və Kredit Zəmanət Fondunun ipoteka üzrə kriteriayalarına uyğun olmalıdır”.
Eldar Tanrıverdi