Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası (Bakı şəhəri üzrə 5 mərkəz)” və “Sağlamlıq imkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Cəlilabad, Lənkəran, Tovuz, Bərdə, Quba, Lerik, Goranboy, Göygöl, Hacıqabul, Neftçala, Oğuz, Qusar, İmişli, Ağstafa, Ucar, Abşeron, Salyan, Masallı, Qəbələ, Bakı-Yasamal, Bakı-Nəsimi, Bakı-Nərimanov, Bakı-Binəqədi, Bakı-Nizami, Bakı-Pirallahı, Bakı-Qaradağ, Bakı-Səbail, Bakı-Sabunçu, Bakı-Xəzər, Bakı-Xətai, Bakı-Suraxanı, Gəncə, Zaqatala, Şirvan, Xaçmaz, Samux, Tərtər, Zərdab, Balakən, Şamaxı, Sabirabad, Gədəbəy, Saatlı, Ağdaş, Sumqayıt, Yevlax, Naftalan, Biləsuvar, Mingəçevir, Şəki və Şəmkir şəhər və rayonları üzrə)” adlı müsabiqələr keçirir.
Müsabiqələrdə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H.B. Zərdabi pr. 80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri H.B. Zərdabi pr. 80 ünvanına 29 sentyabr 2020-ci il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaq.
Müsabiqə 30 sentyabr 2020-ci il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda keçiriləcək. Əlaqə telefonu: (012) 434-05-20.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə əlillərinin hüquqları ilə bağlı maarifləndirmə kampaniyasının təşkili”, “Sağlamlıq imkanları məhdud uşaqlar (görmə imkanları məhdud) üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrənilməsinə yardım göstərilməsi” və “Əlilliyi olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması”, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” adlı müsabiqələr keçirir.
Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqələrin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, H.B.Zərdabi pr. 80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri H.B.Zərdabi pr. 80 ünvanına 29 sentyabr 2020-ci il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 30 sentyabr 2020-ci il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda keçiriləcək. Əlaqə telefonu: (012) 434-05-20.