2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu tədris ilində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir:
Onların sırasında Salyan rayonunda inşa edilmiş 3 təhsil və bir məktəbəqədər təhsil müəssisəsi də vardır.
Salyan rayonda 360 yerlik A.Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbi , 600 şagird yerlik Arbatan kənd tam orta məktəbi və 60 yerlik 9 saylı körpələr evi-uşaq bağçasıdır.