Salyan respublikamızın Aran iqtisadi rayonuna aid olan aqrar kənd təsərrüfatı rayonu olsa da, burada sosial-iqtisadi həyatın bütün sahələri öz fəaliyyətlərini yüksək səviyyədə davam etdirirlər. Prezident İlham Əliyevin Regionların sosial-iqtisadi inkişafına dair imzaladığı Sərəncamına uygun olaraq burada nəzərdə tutulan sosial layihələr müvəffəqiyyətlə icra olunmaqdadır. Ötən ilin əvvəlindən həyatımıza daxil olan koronavirus pandemiyası işlərə əsaslı surətdə mane olsa da, idarə və müəssisələr, bütövlükdə, yerli əhali öz işini Nazirlər Kabinetinin müəyyən etdiyi karantin dövrünün tələblərinə uygun qurmaqla, çətinliklərin öhdəsindən gəlməyə çalışır.
Sevindirici hal odur ki, Azərbaycan Respublikasının Prezidenti İlam Əliyevin məmurlar qarşısında qoyduğu vəzifələr burada tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirilir. İcra orqanlarına müraciət edən hər kəs bir vətəndaş məmnunuğu hiss edir. Çünki Salyan Rayon İcra Hakimiyyətinə arzu, təkilif və ərizə ilə müraciət edənlər əmindirlər ki, onların fikirlərini sona qədər dinləyərək qaldırdıqları məsələyə müsbət münasibət göstəriləcəkdir. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yüksək idaretmə qabiliyyəti və insanlarla işləmək bacarığı nümayiş etdirmklə ilk gündən salyanlılıların dərin hörmət və rəgbətini qazanmışdır. Məhz bu hörmət və nüfuzun nəticəsidir ki, insanlar qarşılaşdıqları çətinlikləri icra başçısı ilə bölüşməkdə, problemlərinin həllində ondan kömək istəməkdə çəkinmirlər. Və inanırlar ki, hec bir məsələ diqqətdən yayınmayacaq, əgər zamana ehtiyac olarsa, müraciətin icrası nəzarətə götürülərək konkret vaxt daxilində icra ediləcəkdir.
ANAKUR.AZ bildirir ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın xatirəsinə, onların ailələrinin, qazilərimizin qayğılarının icrasına rayonda xüsusi diqqət göstərilir. Rayon rəhbərliyi və onun kamandası, hüquq-mühafizə və digər dövlət qrumlarının rəhbərləri mütəmadi olaraq bu kateqoriyalı insanların ünvanlarında olur, onlrın səhəti, digər sosial məişət şəraiti ilə maraqlanır və qarşıya çıxan problemlərin həllinə çalışırlar.
Bütün bunlarla bərabər, sosial həyatımızda qarşıya çıxan problemlər də zamanında həll edilməkdədir. Bu günlərdə rayon icra hakimiyyətinə qış aylarında yağan intensiv yağışlardan sonra şəhid Yasəf Xankişiyevin adını daşıyan küçənin bəzi yerlərində gölməçələrin yaranması, sakinlərin və məktəbə gedən müəllim və şagirdlərin, həmçinin şəhər nəqliyyatının işinin çətinləşdiyi barədə şifahi müraciət edilmişdi.
Müraciət nəzarətə götürülmüş, Salyan Bələdiyyəsinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə küçəyə baxış keçirilmişdi. Çox keçmədi ki, yol- inşaat texnikası, çınqıl dolu maşınlar və lazımı qədər işçi qüvvəsi əraziyə gəldi. Salyan Bələdiyyəsinin sədri Sərvəddin Cəfərov, idarənin rəhbər heyəti iş başında idilər. Bir iş günü ərzində məsələ həll olundu. Əlavə olaraq ərazi təmizləndi. Bura yeni zibil qutularının qoyulması qərara alındı
Salyan Bələdiyəsinin sədri S.Çəfərov müxbirimizlə söhbətində bildirdi ki, hazırda şəhərin 20 Yanvar küçəsində də təmizlik-abadlıq işləri görülür və lazım olan yerlərə çıncıl döşənir. Bu işlər ehtiyac olduqca davam etdiriləcəkdir.
Beləcə rayonda sakinlərin müraciətinə, arzu və təkliflərinə, şikayətlərinə hər zaman diqqətlə yanaşılır və həlli istiqamətində lazımı addımlar atılır.
Rüstəm Məlikov,
Anakur.az saytının baş redaktoru