“Ana Kür” İctimai Birliyi onlayn layihə təqdimatı keçirib
“Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə köməkliyi ilə icra etdiyi “Fəal istirahət və ekoturizmin təbliğı istiqamətində tədbirlərin təşkili” layihəsinin Onlayn təqdimat mərasimini keçirmişdir.
Tədbir Salyan rayonun ərazisində yerləşən Sirvan Milli Parkı ilə həmsərhəd olan Yenikənd kəndiinin ərazisində, təbiət qoynunda təşkil edilmişdi. Tədbirə yerli icra və bələdiyyə və digər qurumların nümayəndələri dəvət edilmişdilər. Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Yenikənd kəndi üzrə ərazi nümayəndəsi Pirverdi Cəfərov və digər ictimai fəallar təqdimatda iştirak etmişlər.
Mövcud karonavirus pandemiyası dövrünün karantin tələblərini nəzərə alaraq təqdimat açıq havada , sosial məsafə gözləməklə cəmi təşkil edildi. Onlayn təqdimatda layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək turizmin dünya iqtisadiyyatındakı rolu və pandemiya nəticəsində bu sahədə mövcud vəziyyət haqqında danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev tərəfindən ölkəmizdə turizmə verilən dəstəkdən, göstərilən lazımı diqqət və qayğıdan, həmçinin ekoturizm ənənələrinin nisbətən az olduğu Aran iqtisadi zonasında yerləşən Salyanda mövcud təbiət abidələri barədə məlumat verdi.
Qeyd edildi ki Salyanda Şirvan Milli Parkı, Babazanan dağında qədim insan məskənları, buradakı palçıq vulkanları,şor su bulaqları və digər təbiət abidələri ekoturizm üçün yaxşı imkanlar yaratmışdır. .
Yenikənd kənd ərazi nümayəndəsi Pirverdi Cəfərov çıxış edərək kəndin turist qabul etmək üçün müasir infrastruktura malik olduğunu, gələn qonaqlara xidmətlər göstərilməsi məqsədi ilə lazımı şərait yaradıldığını vurğuladı
Onlayn tədbirə yekun vuran layihə rəhbəri Rüstəm Məlikov izləyicilərə layihə müddətində icra olunan tədbirlər barədə əlavə məlumat verərək hər kəsi pandemiya dövründən sonra təbiətə üz tutmağa, onun qoynunda fəal istirahət etməklə bərabər, biomüxtəlifliyi qorumağa çağırdı.
Layihə komandası onlayn tədbirdən sonra Milli Parkda turist kimi gəzintidə iştirak edərək, parkın təbii gözəllikləri ilə əyani tanış olmuş, park əməkdaşlarına və digər turistlərə “Ana Kür” qəzetinin maarifləndirici saylarını paylamışlar.