Salyan rayonundan Vətən müharibəsinə könüllü gedən, döyüşlərdə igidlik göstərərək şəhid olmuş Səfərov Coşqun Əhməd oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Mərasimdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Həmin gün rayon ictimaiyyəti şəhidin dünyaya gəldiyi ünvanda təşkil edilən hüzür mərasimində iştirak etmişdir.