Salyan OİL əməliyyat şirkətinin kollektivi koranavirus pandemiyası dövründə də ekoloji siyasəti uğurla davam etdirir
Bütün dünyada neft‐qaz çıxarma sənayesi ətraf mühitə mənfi təsirlərinin miqyasına görə birinci yerdə durur. Keçmiş SSRİ dövründə neft istehsalının ətraf mühitin qorunmasından üstün tutulması torpaqların neftlə, neftli sularla çirklənməsinə səbəb olmuşdur. Salyan OİL şirkətinin Ekoloji Siyasətinin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə edilməsidir.
Bunun ələqədar Salyan Oil şirkəti fəaliyyətə başladığı dövrdən ekoloji problemlərə daha çox diqqət yetirir. Belə ki,2006 –cı ildən indiyədək neftlə çirklənmiş 16 ha ərazi rekultivasiya olunaraq bərpa olunmuşdur.Hal hazırdada Azərbaycanda pilot layihə kimi”SUNDANSE AZƏRBAYCAN” şirkəti çirklənmiş torpaqların təmizlənməsi istiqamətində işlərini davam etdirir ki, 2020-ci ilin 8 ayı ərzində 8000 m3 torpaq,4000 m3 su təmizlənmişdir.
2020-ci ilin 8 ayı ərzində ekoloji yönümlü işlərdən,ekoloji risklərin qiymətləndirlməsi işlərinə əsasən, neft və lay suyu dağıntısının qarşısını almaq məqsədilə 3000 metr neft və 1000 metr lay suyu kəmərinin korroziyaya uğramış hissəsi dəyiışdirilərək yenisi ilə əvəz olunub, 15 ədəd neft quyusunun yanında torpağın neftlə çirklənməməsi məqsədilə betonlaşdırılmış şaxtalar tikilmişdir, 671saylı quyunun ətrafındakı neftlə çirklənmiş anbar mexaniki rekultivasiya olunaraq,bioloji rekultivasiya olunması məqsədi ilə neft tullantıları üçün ayrılmış xüsusi poliqona daşınmışdır,həmçinin sahələrdə 1000 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Bununla yanaşı yerli kənd əhalisi tərəfindən Salyan OİL şirkətinin ərazisinə atılmış məişət tullantıları təmizlənərək utilizə edilmişdir.
Salyan OİL əməliyyat şirkətinin Ətraf Mühitin Mühafizəsi şöbəsinin rəisi Cavid Dadaşov anakur.az saytının əməkdaşına müsabəsində demişdir ki,,bütün bu işlərin görülməsində Salyan OİL şirkətinin Baş Meneceri Şan Lianzeng başda olmaqla,Baş Menecerin müavini Zhao Minzangın,SƏTƏM Meneceri Naser Eminovun və şirkətin İcraçı Direktoru Araz Manafov.SƏTƏM Departamentinin yerli rəhbəri Kamran manafov cənablarının böyük dəstəyi olmuşdur.
Biz də yaradıcı kollektiv olaraq pandemiya şəraitində ekoloji tədbirləri təxirə salmadan icra etdiklərinə görə kollektivə təşəkkürümüzü bildiririk.