Rusiyalı alimlər "Ordu-2020" forumunda havada olan virusları, o cümlədən COVID-19-u müəyyən edən tibbi-bioloji cihaz təqdim ediblər.
BiG.AZ oxu.az istinadən bildirib ki, Zverev adına Krasnoqorsk zavodunun baş direktoru Aleksandr Novikov bu barədə məlumat verib.
Onun sözlərinə görə, avtomatik əsasda olan cihaz 10-30 dəqiqə ərzində hava nümunələrini analiz etmək, oradakı virus, bakteriya və toksinlərin mövcudluğunu müəyyənləşdirmək gücündədir.
Aparatın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə birlikdə hazırlandığı qeyd olunur.
O da vurğulanıb ki, cihazın dövlət sınaqları iyun ayında başa çatıb və artıq onun sertifikatı hazırlanır.