Salyan rayonunda fəaliyyət göstərən ”Ana Kür” ekoloji problemlərin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Fəal istirahət və ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərcivəsində növbəti tədbirini yekunlaşdırmışdır.
İctimai birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov anakur.az saytına müsahibəsində bildirmişdir ki, “Evdə qal və evdə yarat” təşəbbüsünə Salyanın məktəbli rəssamları da qoşulmuşdu. İki aydan çox bir müddətdə 20 nəfər məktəbli Şuranın maliyyələşdirdiyi layihədən bəhrələnmişdular. Hər bir iştirakçı ilə fərdi qaydada söhbətlər edilimiş, pandemiya şəraitində evdə qalıb işləməyin mahiyyəti izah olunmuş və icra müddətində onların ev ünvanlarına səfər edilərək işlərin gedişi monitorinq edilmişdir.
Layihədə rəssamlarla bağlı işin yekunu olaraq rayon Dövlər Rəsm Qalereyasında sosial məsafəni və qarantin qaydalarını gözləməklə hər bir layihə iştirakçısına Şura adından rəsm aksesuarlarından ibarət hədiyyə və Ana Kür qəzetinin bu layihə barədə maarifləndirici materiallar çap etmiş sayı verilərək onlara təhsildə və gələcək yaradıcılıq işlərində müvəffəqiyyətlər arzu edilmişdir.
Qalereyanın direktoru İman Mustafayev pandemiya şəraitində gənc rəssamlara Şura tərəfindən göstərilən bu diqqət və qayğını yüksək qiymətləndirmiş və İctimai birliyin bu sahədəki fəaliyyətini təqdir etmişdir.
İctimai birlikdən aldığımız xəbərdə deyilir ki, layihənin icra müddəti başa çatdıqdan sonra da məktəbli rəssamların fəaliyyəti həmişə nəzarətdə sağlanılacaq və ehtiyacı olanlara lazımi rəsm aksesuarları alınaraq veriləcəldir.